XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Fərid Mansurov “Tam səmimi”də karyerasının unudulmaz məqamlarından danışıb - VİDEO
İdman 13:17 / 08.12.2025
Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov İdman TV-nin efirində yayımlanan "Tam səmimi” verilişinin qonağı olub.
Olimpiyadunyasi.com xəbər verir ki, Olimpiya çempionu həm idman yoluna başlamağı, həm qazandığı nailiyyətləri, həm də güləşin həyatındakı xüsusi yerini geniş şəkildə bölüşüb.
Fərid Mansurov güləşə gəlişinin səbəblərindən və həmin dövrdən etibarən idmanın onun həyatında necə böyük rol oynadığından danışıb. O, xalça üzərində qazandığı unudulmaz qələbələri xatırlayaraq, xüsusilə Olimpiya Oyunlarının final mərhələsini karyerasının ən yaddaqalan məqamı kimi dəyərləndirib.
Titullu güləşçi söhbət zamanı Olimpiya çempionu olduğu anı karyerasının zirvəsi və ən böyük məsuliyyət anı kimi xarakterizə edib. Fərid Mansurov həmin uğurun ona həm idmançı, həm də bir şəxsiyyət kimi verdiyi dəyərlərdən danışıb.
Verilişdə gələcək nəsil idmançılara müraciət edən Olimpiya çempionu gənclərə əzmkarlıq, intizam və məqsədyönlülük kimi keyfiyyətləri önə çəkməyi tövsiyə edib. O bildirib ki, böyük nailiyyətlərə gedən yol daim zəhmət, fədakarlıq və öz üzərində fasiləsiz çalışmağı tələb edir.
Milli Olimpiya Komitəsinin vitse-prezidentinin "Tam səmimi”də səsləndirdiyi səmimi fikirlərlə bağlı verilişin tam buraxılışını təqdim linkdən izləyə bilərsiniz.



6076 oxunub

InvestAZ