İdman 09:07 / 07.12.2025
Bakı İdman Sarayında keçiriləncüdo üzrə Azərbaycan çempionatı sona yaxınlaşır.
Bu gün - çempionatın son günündə cüdoçular komanda yarışlarında mübarizə aparacaqlar. Çempionluq uğrunda yarışda 7 klubu təmsil edən 80 cüdoçu mübarizə aparacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 50 min manat olan çempionatın ilk iki günündə cüdoçular fərdi yarışlarda qüvvələrini sınamışdılar. Yekun medal sıralamasına görə "Neftçi" İK 4 qızıl, 3 gümüş, 7 bürünc medalla birinci, "Atilla" İK 3 qızıl, 2 bürünc medalla ikinci, "Sərhədçi" İM isə 2 qızıl, 2 bürünc medalla üçüncü yeri tutub.