XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Beynəlxalq turnirdə 4 medal
İdman 01:58 / 07.12.2025
Azərbaycan boksçuları Rusiyanın Yuqorsk şəhərində neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, məşqçi Rafiq İsmayılovun rəhbərlik etdiyi komandada Malik Həsənov (67 kq) bütün rəqiblərini üstələyib. O, finalda Enxtor Teqşjarqalı (Monqolustan) məğlub edərək qızıl medala yiyələnib.
Digər boksçularımızdan Yadigar Əliyev (51 kq) gümüş, Əli Miriyev (60 kq) və Novruzəli Quliyev (75 kq) isə bürünc mükafat əldə ediblər.
Qeyd edək ki, turnirdə 15 ölkənin təmsilçiləri mübarizə aparıblar.


6878 oxunub

InvestAZ