Braziliyalı futbolçu Neymarın "İnter Mayami" klubuna keçidi baş tutmayıb.
Buna səbəb ABŞ təmsilçisinin "sambaçı"nın transferindən imtina etməsi olub.
Qeyd edək ki, daha əvvəl 33 yaşlı futbolçunun yanvar ayında ABŞ-ayollanacağı və keçmiş komanda yoldaşları olan Messi və Suareslə birgə çıxış edəcəyiqeyd edilirdi.
Xatırladaq ki, Messi, Suares və Neymar üçlüsü daha əvvəl 2014-2017-ci illərdə "Barselona" klubunda çıxış edib.