XƏBƏR LENTİ
19 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026



Fiqurlu konkisürənlərimiz dünya çempionatına vəsiqə qazandılar
İdman 10:39 / 02.12.2025

Azərbaycanı beynəlxalq fiqurlu konkisürmənin buz üstündə rəqs növü üzrə yarışlarda təmsil edən Anna Obrien və Dreyk Tonq cütlüyü yeniyetmələr arasında keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyasından məlumat verilib.

Onlar bu uğura Macarıstanın Budapeşt şəhərində keçirilən "Santa Klaus” kubokunda 11 idmançı arasında (126.79 xal) 6-cı yeri tutmaqla nail olublar.

Qeyd edək ki, yeniyetmələr arasında dünya çempionatı martın 3-8-də Estoniyanın paytaxtı Tallin şəhərində keçiriləcək.


7443 oxunub

InvestAZ