XƏBƏR LENTİ
01 Dekabr 2025
30 Noyabr 2025
29 Noyabr 2025
28 Noyabr 2025
27 Noyabr 2025



“Böyük Dəbilqə” turniri bir bürünc medalla yadda qaldı
İdman 11:13 / 01.12.2025
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə” turniri keçirilib.
52 ölkədən 373 (221 kişi, 152 qadın) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan cüdoçuları da qüvvələrini sınayıb. Üç gün davam edən yarışda Azərbaycan komandası 10 kişi cüdoçu ilə təmsil olunub. Komandamız yarışı bir bürünc medalla başa vurub. Yeganə medalı komandamıza +100 kq çəki dərəcəsində tatami üzərinə çıxan Uşanqi Kokauri qazandırıb. Təmsilçimiz həlledici görüşdə niderlandlı Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Komandamızın digər üzvləri - Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri beşinci pillədə başa vurublar.


161 oxunub

InvestAZ