İdman 10:31 / 28.11.2025
Bu gün futbol üzrə Misli Premyer Liqasında XIII turun oyunlarına start veriləcək.
Turun ilkoyun günündə 2 qarşılaşma təşkil olunacaq.
Meydana əvvəlcə turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "Kəpəz” və üçüncü pillədə yer alan "Zirə” komandaları çıxacaq.Yevlax şəhər stadionunda təşkil olunacaq oyunun start fiti saat 14:00-da səslənəcək. Matçın baş hakimi Rəşad Əhmədov olacaq.
Günün ikinci oyunu isə Tovuz şəhər stadionunda baş tutacaq. Lider "Qarabağ"dan sonra ikinci pillədə qərarlaşan"Turan Tovuz” klubu 8-ci pillədə yer alan "Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyuna saat 18:30-da start veriləcək. Oyunun baş hakimi Fərid Hacıyev olacaq.
Qeyd edək ki, tura noyabrın 30-da yekun vurulacaq.