XƏBƏR LENTİ
11 Noyabr 2025
10 Noyabr 2025
09 Noyabr 2025



VII İslam Həmrəyliyi Oyunları Malayziyada keçiriləcək
İdman 20:37 / 10.11.2025

VII İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək ölkənin adına artıq aydınlıq gəlib. Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Olimpnews.az saytına müsahibəsində məlumat verib.

MOK rəsmisinin sözlərinə görə, müvafiq qərar Ər-Riyad şəhərində keçirilən İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyasında qəbul edilib.
"Noyabrın 8-də təşkil olunan Baş Assambleyasında qərara alındı ki, növbəti – VII İslam Həmrəyliyi Oyunları 2029-cu ildə Malayziyada keçiriləcək. Bu Oyunlar müəyyən bir tsiklin finalı kimi dəyərləndirilir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında baş tutacaq,” - deyə Çingiz Hüseynzadə qeyd edib.

Qeyd edək ki, hazırda VI İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.
158 oxunub

InvestAZ