XƏBƏR LENTİ
03 Mart 2026
02 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026



Ramil Vəlizadə: "Hədəfim Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaqdır"
İdman 22:20 / 10.11.2025
"Bundan sonrakı hədəfim beynəlxalq turnirlərdə Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq olacaq”.
Bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadə deyib.
O, Oyunlarda medal qazanacağına inandığını bildirib.
"İslamiadada medal qazanacağımı gözləyirdim. Sadəcə, mükafatın əyarının necə olacağını bilmirdim. Çünki hazırlıq proqramımızda müəyyən dəyişikliklər var idi. Buna baxmayaraq, şükür ki, fəxri kürsüdə yer almağı bacardım", - deyə R.Vəlizadə bildirib.
Qeyd edək ki, Ramil Vəlizadə kişilər arasında 200 metr məsafəyə kəpənək üsulla üzməkdə 2.01.16 nəticə ilə İslamiadanın gümüş medalını qazanıb.
7022 oxunub

InvestAZ