XƏBƏR LENTİ
08 Noyabr 2025
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025



Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı
İdman 18:25 / 08.11.2025

Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.

Olimpiyadunyasi.com xəbər verir ki, bu uğura cüdoçumuz Könül Əliyeva nail olub. -48 kq çəki dərəcəsində tatami üzərinə çıxan idmançımız ilk görüşdə taciksitanlı Ahliya Muminovanı, yarımfinalda isə qazaxıstanlı Diana Burkeyevanı üstələyib. Finalda Türkiyə idmançısı Tuqce Bederə məğlub olan idmançımız gümüş medala layiq görülüb.

Qeyd edək ki, final görüşünü Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov izləyiblər.



187 oxunub

InvestAZ