XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



PSJ Fransa Super kubokunun qalibi oldu
İdman 13:22 / 03.08.2019

Avqustun 3-də futbol üzrə Fransa Super kubokunun sahibi müəyyənləşib.
Həlledici görüşdə "Renn” komandasına qalib gələn "Paris Sen-Jermen” kubokun sahibi olub.
Çinin Şencen şəhərində oynanılan qarşılaşmada hesabı 13-cü dəqiqədə "Renn”in heyətində Adrien Huno açıb. Birinci hissə bu hesabla başa çatıb.
Lakin fasilədən sonra - 57-ci dəqiqədə Kilian Mbappe oyunda tarazlığı bərpa edib. Matçın 73-cü dəqiqəsində isə Anxel Di Maria Paris təmsilçinin qələbəsini rəsmiləşdirib. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və oyunda 2:1 hesabı ilə qalib gələn parislilər Fransa super kubokunu 9-cu dəfə başları üzərinə qaldırıblar.

33286 oxunub

InvestAZ