XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Afrika tarixinin ən bahalı futbolçuları
İdman 10:02 / 03.08.2019

Afrika qitəsinin tarixində ən bahalı futbolçular müəyyənləşib.
Siyahıya yaxın günlərdə "Lill” komandasından İngiltərənin "Arsenal” klubuna 80 milyon avroya transfer olunan Kot-d-İvuar yığmasının 24 yaşlı futbolçusu Nikolas Pepe başçılıq edir. İkinci ən bahalı transfer 65 milyon avroya İspaniya "Vilyareal”ından Çinin "Beiyinq Quoan” komandasına keçən Konqo millisinin hücumçusu Kedrik Bakambu olub. Üçüncü ən yüksək dəyəri olan futbolçu isə İngiltərənin "Lester Siti” klubundan "Mançester Siti”yə keçən əlcəzairli Riyad Mahrezdir. Onun transfer qiyməti 60 milyon avrodur.
Siyahıda digər yerlərdə Pyerre-Emerik Aubameyanq (Qabon, 56 milyon avro), Naby Keita (Qvineya, 52,7 milyon), Məhəmməd Salah (Misir, 36,9), Sadio Mane (Seneqal, 35 milyon), Erik Bailli (Kot-d-İvuar, 30 milyon), İslam Slimani (Əlcəzair, 29,5 milyon) və Vilfred Boni (Kot-d-İvuar, 28 milyon) qərarlaşıblar.

33512 oxunub

InvestAZ