XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026



MOK-da III Təhlükəsiz İdman Forumu keçiriləcək
İdman 17:14 / 15.10.2025
Oktyabrın 17-də Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında III Təhlükəsiz İdman Forumu keçiriləcək. 
 
Forumda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Təhlükəsiz idman bölməsinin direktoru Kirsti Burovsun video çıxışı olacaq. 
 
Tədbirdə təhlükəsiz idman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov, BOK-un Təhlükəsiz İdman İşçi Qrupunun MOKA nümayəndəsi Maya Pekoviç, MOK-un idman şöbəsinin baş məsləhətçisi, təhlükəsiz idman üzrə beynəlxalq inspektor Vaqif Əliyev, təhlükəsiz idman üzrə məsləhətçi Ayan Xankişiyeva, Azərbaycan Cüdo Federasiyasının təhsil şöbəsinin müdiri Orxan Oruczadə və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkilinin proqram çərçivəsində geniş təqdimatları olacaq.
 
Forumda həmçinin, 2023-2025-ci illərdə Təhlükəsiz İdman sahəsində həyata keçirilmiş fəaliyyətlərin video təqdimatı da olacaq.

8423 oxunub

InvestAZ