XƏBƏR LENTİ
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Güllə atıcılarımız MDB Oyunlarını 3 medalla başa vurdular
İdman 18:02 / 06.10.2025
III MDB Oyunları çərçivəsində keçirilən güllə atıcılığı üzrə yarışlara yekun vurulub.

Gəncə İdman Sarayında keçirilən yarışların son günündə Azərbaycan komandası daha iki meal qazanıb.

Komandamızın üzvü Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında üçüncü yeri tutub. Bu X.Əliyevanın III MDB Oyunlarında qazandığı ikinci medalı olub. Belə ki, təmsilçimiz əvvəlki yarış günlərində gümüş medal qazanmışdı.

Bu gün komandamızın aktivinə növbəti medalı isə Vladislav Kalmıkov yazdırıb. O, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışlarında gümüş medala sahib çıxıb.

Beləliklə, Azərbaycan güllə atıcıları III MDB Oyunlarını 2 gümüş, 1 bürünc medalla başa vurublar.

10188 oxunub

InvestAZ