XƏBƏR LENTİ
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026



Boksçularımız III MDB Oyunlarına 24 medalla yekun vurdular
İdman 22:02 / 05.10.2025

Yevlax Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində keçirilən boks yarışlarına yekun vurulub.

Azərbaycan boksçularıOyunları24 medalla başa vurublar.Bu gün keçirilən final döyüşlərindən sonra Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) qızıl medallaralayiq görülüb. Bürünc medallara isəƏli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Raul Heydərli (57 kq), Əflatun İsmiyev (57 kq), Toğrul Quliyev (60 kq), Haxverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), Şükar Əliyev (75 kq) vəİsmayıl Vəliyev (80 kq) sahib çıxıb.

Xatırladaq ki, dünən qadın boksçularımız turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurublar.

Beləliklə, Azərbaycan boksçuları III MDB Oyunlarında24 (6 qızıl, 5 gümüş, 13 bürünc) medal qazanıblar.


8280 oxunub

InvestAZ