XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



III MDB Oyunları: Bu gün 7 idman növündə yarışlar keçiriləcək
İdman 09:40 / 30.09.2025
Bu gün Azərbaycanda keçirilən III MDB Oyunlarında beşinci yarış gününə start veriləcək.
Olimpnews.az xəbər verir ki, Oyunların beşinci günündə 7 idman növü üzrə yarışlar keçiriləcək.
Günün ilk yarışları Gəncə İdman Sarayında baş tutacaq. Bu məkanda üzgüçülük üzrə müxtəlif məsafələrdə növbəti qaliblərin adlarına aydınlıq gələcək.

Bu məkanda həmçinin oğlan voleybolçuların oyunlarına da start veriləcək. Saat 16:00-da keçirilən ilk qarşılaşmada Rusiya və Özbəkistan komandaları münasibətlərinə aydınlıq gətirəcək. Saat 18:30-da isə meydançaya Azərbaycan və Qırğızıstan milliləri çıxacaq.
Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində isə taekvondo üzrə son qaliblər müəyyənləşəcək.
Bu gün Şəki şəhər stadionunda çövkən yarışlarında növbəti oyunlar təşkil olunacaq. A qrupunda mübarizə aparan Azərbaycan millisi Küveytlə qarşılşacaq. B qrupunda isə Özbəkistan Türkiyə ilə münasibətlərə aydınlıq gətirəcək.
Bu gün həmçinin, Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı ("skeet” növü) üzrə təsnifat və final qarşılaşmaları təşkil olunacaq.
Qəbələ Olimpiya İdman Kompleksində isə badminton üzrə komanda yarışlarına start veriləcək.
Yevlax Olimpiya İdman Kompleksində boks üzrə yarışlarda 1/4 final görüşləri keçiriləcək.


8106 oxunub

InvestAZ