XƏBƏR LENTİ
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026



“Qaliblərin izi ilə” layihəsi çərçivəsində görüş olub
İdman 14:12 / 30.09.2025
Lənkəran şəhər Mədəniyyət Mərkəzində "Qaliblərin izi ilə” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə görüş olub.
Olimpnews.az xəbər verir ki, görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yanında İctimai Şuranın sədr müavini Ramin Həbibzadə, üzvü Könül Mikayılova, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, "İdman səfiri" Orxan Səfərov, güləş üzrə Azərbaycan milli yığma komandasının üzvü Əlabbas Rzazadə, idman ictimaiyyətinin nümayəndələri və könüllü gənclər iştirak edib. Görüşdə çıxış zamanı idmanın və sağlam həyat tərzinin təbliği, gənclər arasında idmana marağın artırılması, idmanda uğur qazanmağın yolları, daxili motivasiyanı qoruma üsulları, zərərli vərdişlərdən uzaq durmağın vacibliyi, stress və emosiyaların idarə olunması mövzularında söhbətlər aparıb, iştirakçıları ən çox düşündürən suallara ətraflı cavab verilib.


8949 oxunub

InvestAZ