XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Nabran Open” şahmat turnirində yüzədək idmançı yarışacaq
İdman 16:35 / 31.07.2019

Avqustun 27-də Xaçmazda "Nabran Open” şahmat turnirinə start veriləcək.
Turnirdə 100-dək uşaq və yeniyetmə şahmatçı mübarizə aparacaq.
Nabrandakı "Dalğalı” istirahət mərkəzində keçiriləcək yarışın əsas məqsədi şahmatçıların ustalıq səviyyəsinin, FIDE beynəlxalq əmsallarının və idman dərəcələrinin artırılması, həmçinin düşərgə şəraitində onların asudə vaxtlarının səmərəli təşkilidir.
İsveçrə sistemi üzrə təşkil olunan turnir avqustun 31-dək davam edəcək.
Yeddi turdan ibarət yarışın qalibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılacaq.

30889 oxunub

InvestAZ