XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Çempionlar liqası: hansı komandanın cavab kəsərli olacaq?
İdman 17:02 / 30.07.2019



İyulun 30-da UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində cavab görüşləri keçiriləcək. Qarşılaşmalar iki gün ərzində oynanılacaq. İyulun 30-da 7, bir gün sonra isə 5 görüş təşkil olunacaq. İkinci təsnifat mərhələsinin birinci günündə aşağıdakı görüşlər oynanılacaq:

"APOEL” (Kipr) - "Sutyeska (Monteneqro), ilk oyun - 1:0;

"Kalyu” (Estoniya) - Seltik (Şotlandiya), ilk oyun - 0:5;

"Təl-Əviv” (İsrail) - "CFR Cluj” (Rumıniya), ilk oyun - 0:1;

"Bazel” (İsveçrə) - "PSV Eyndhoven” (Hollandiya), ilk oyun - 2:3;

"Dinamo Zaqreb” (Xorvatiya) - "Saburtalo” (Gürcüstan), ilk oyun - 2:0;

"Valletta” (Malta) - "Ferentsvaroş” (Macarıstan), ilk oyun - 1:3;

"Olimpiakos (Yunanıstan) - "Plzen” (Çexiya), ilk oyun - 0:0.

Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi Ağdamın "Qarabağ” klubu ikinci təsnifat mərhələsində cavab qarşılaşmasını iyulun 31-də keçirəcək. Birinci oyunda səfərdə İrlandiyanın "Dundalk” komandası ilə 1:1 hesablı heç-heçə edən ağdamlılar rəqibi "Dalğa Arena”da qəbul edəcəklər. Növbəti mərhələyə vəsiqə üçün ağdamlılara qolsuz heç-heçə də kifayət edir.

İyulun 31-də oynanılacaq digər cavab qarşılaşmaları aşağıdakılardır:

"HİK” (Finlandiya) - "Srvena Zvezda” (Serbiya), ilk oyun - 0:2;

"AIK” (İsveç) - "Maribor” (Sloveniya), ilk oyun - 1:2;

"Rusenborq” (Norveç) - "BATE” (Belarus), ilk oyun -1:2;

"Kopenhagen” (Danimarka) - "TNS” (Uels), ilk oyun - 2:0.

Qeyd edək ki, "Qarabağ” komandası qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsində "Sutyeska” - "APOEL” qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.


31134 oxunub

InvestAZ