XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



«Sehrbaz»ın ağır günləri
İdman 11:33 / 30.07.2019

Braziliya millisinin sabiq üzvü Ronaldinyo çətin günlər yaşayır.
Borclarına görə əfsanəvi futbolçunun bir neçə əmlakının müsadirə olunması təhlükəsi yaranıb. Braziliya məhkəməsi onun ölkədən çıxışına da qadağa qoyub. 39 yaşlı veteran futbolçunun 57 daşınmaz obyektinin fəaliyyəti dondurulub.
Qeyd edək ki, Ronaldinyo Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. O, yığma ilə 2002-ci il dünya çempionatının qalibi olub. Ulduz oyunçu Avropada PSJ, "Barselona" və "Milan"da çıxış edib. "Qızıl top" mükafatına bir dəfə sahib olan Ronaldinyo son olaraq Braziliyanın "Fluminense" klubunda çıxış edib.

29628 oxunub

InvestAZ