XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı daha bir beynəlxalq yarışa ev sahibi edəcək
İdman 10:05 / 30.07.2019


Avqustun 2-dən 4-dək Bakıda futvolley üzrə beynəlxalq turnir keçiriləcək. Ötən ilki turnirlərdən fərqli olaraq bu dəfə yarışda 14 ölkədən 30-dan artıq komanda iştirak edəcək.
Azərbaycan Futnet Federasiyasının (AFNF) təşkilatçılığı ilə keçiriləcək yarışdan əvvəl komandalar üçün təlim-məşq toplanışı təşkil edilib. Toplanış avqustun 1-dək təşkil olunacaq.
Təlim-məşq toplanışında praktiki məşğələlər "Dalga Lite”da, nəzəri təlimlər isə yenicə təmirdən çıxmış "Piano” otelində keçirilir. Məşğələlərdə təlimlər keçmək üçün dünyanın məşhur futvolleyçiləri də Bakıda toplaşıblar. Bu məşğələ turnir öncəsi hazırlıq xarakteri daşıyır. Turnirin finalından sonra idmançılar ölkəmizin tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunacaq dənizkənarı konsertdə iştirak edəcəklər.

36844 oxunub

InvestAZ