XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
İdman 14:35 / 01.08.2025
Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birinci pillədə 330 xalla cüdoçu Zelim Tçkayev qərarlaşıb. Olimpiya çempionu Zelim Kotsoyev (320 xal) ikinci, digər cüdoçu Elcan Hacıyev (310 xal) üçüncü olub.
Növbəti sıralarda cüdoçular Rəşid Məmmədəliyev (210 xal), Uşanqi Kokauri (190 xal), idman gimnastı Nikita Simonov (165 xal), yunan-Roma güləşçisi Qurban Qurbanov (160 xal), sərbəst güləşçi Giorgi Meşvildişvili, yunan-Roma güləşçiləri Həsrət Cədərov və Nihat Məmmədli (hamısı 150 xal) yer alıblar.


15589 oxunub

InvestAZ