XƏBƏR LENTİ
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



"Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasındakı rəqibləri məyyənləşdi
İdman 16:53 / 18.06.2025

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan ədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib. Premyer Liqanın gümüş medalçısı "Zirə” "Hayduk”a (Xorvatiya) rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. Komandamız bir həftə sonra isə səfərdə cavab görüşünə çıxacaq.

Azərbaycan çempionatının bürünc medalçısı "Araz-Naxçıvan" isə Yunanıstanın "Aris" klubu ilə üz-üzə gələcək. Naxçıvan klubu birinci qarşılaşmasını evdə, ikincini səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.


14261 oxunub

InvestAZ