XƏBƏR LENTİ
10 Fevral 2026
09 Fevral 2026
08 Fevral 2026
07 Fevral 2026
06 Fevral 2026
05 Fevral 2026
04 Fevral 2026



Qadın cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
İdman 11:22 / 05.06.2025

Bütün yaş qruplarından olan qadın cüdoçularımız Avstriyanın Qrats şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilmiş təlim düşərgəsi 2-4 iyun tarixlərində keçirilib.

Toplanışa qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar, yeniyetmə qızlardan ibarət milli komandanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik ediblər. Təlim-məşq düşərgəsi qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatında mübarizə aparacaq qadın cüdoçularımız hazırlığın növbətini mərhələsini Bakıda, gənc və yeniyetmə qızlarımız isə Avstriyanın Leybnits şəhərində davametdirəcək.


13887 oxunub

InvestAZ