XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Audi” “Barselona”dan narazıdır
İdman 19:15 / 20.07.2019

"Audi” şirkəti İspaniyanın "Barselona” klubu ilə əməkdaşlığı dayandırıb.
Kataloniya təmsilçisi ilə müqavilə iyunun 30-da başa çatıb. Bundan sonra Almaniya avtomobil şirkəti "Barsa”nın oyunçularından konsernin avtomobillərini qaytarmalarını xahiş edib. Həmin maşınlar sponsorluq sözləşməsinin qüvvədə olduğu müddətdə futbolçulara pulsuz təqdim olunmuşdu.
Klub Asiya turundan qayıtdıqdan sonra avtomobilləri geri verməlidir. "Volkswagen Group”a daxil olan şirkət komandanın futbolçularının səfərlər zamanı rəqib şirkətinin maşınlarından çox az yararlanmalarından narazı qalıb.
Qeyd edək ki, "Barselona” iyulun 27-də Yaponiya "Vissel Kobe”si ilə yoldaşlıq görüşü keçirəcək. Hazırda "Vissel Kobe”də Kataloniya komandasının sabiq futbolçusu Andreas İnyesta çıxış edir.

30574 oxunub

InvestAZ