XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edəcək
İdman 18:41 / 19.07.2019

İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə "Baku Open” beynəlxalq turniri keçiriləcək. Baş İdarədən AZƏRTAC-a bildiriblər ki, turnirdə Azərbaycan, Pakistan, Əfqanıstan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək.
Yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparılacaq. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək.

35298 oxunub

InvestAZ