XƏBƏR LENTİ
26 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Misli Premyer Liqası: "Sabah"dan inamlı qələbə
İdman 23:08 / 09.05.2025

Futbol üzrə Misli Premyer Liqasında XXXIV turun oyunlarına start verilib. 

"Olimpiyadunyasi.com" xəbər verir ki, turun açılış oyununda "Sabah" və "Şamaxı" komandaları üz-üzə gəlib. Bank Respublika Arenada təşkil olunan oyunda qapılara dörd qol vurulub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 12-ci dəqiqədə "Sabah”ın futbolçusu İqor Noqeyra açıb. Lakin qonaqlar matçın 26-cı dəqiqəsində hesabdakı tarazlığı bərpa ediblər. Leroy Mikeles fərqlənib -1:1. Oyunun ikinci hissəsində "Sabah” İqor Noqeyra (72-ci dəqiqə) və Pavol Safrankonun (90+3) vurduğu qollarla meydanı qələbə ilə tərk edib.

Bu nəticədən "Sabah” komandası 44 xalla turnir cədvəlinin beşinci, "Şamaxı" isə 36 xalla yeddinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun növbəti oyunları mayın 10-11-də keçiriləcək.


14827 oxunub

InvestAZ