XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı
İdman 23:03 / 17.07.2019

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ” - "Partizani” oyunu başa çatıb.
"Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Matçın 51-ci dəqiqədə Filip Ozoviç, 93-cü dəqiqədə isə yeni meydana daxil olan Dani Kintana vurub. Bu iki qol "Qarabağ”ın avrokuboklarda vurduğu 100-cü qol olub. Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, "Qarabağ” komandası növbəti mərhələdə "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. "Partizani” avrokuboklarda mübarizəsini dayandırmır. Albaniya təmsilçisi UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın "Şerif” klubu ilə üz-üzə gələcək.

43302 oxunub

InvestAZ