XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



FHN festivalla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
İdman 17:04 / 18.07.2019

İyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejimində çalışacaq.
Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, Oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, qonaqların yerləşəcəkləri otellərdə, habelə insanların kütləvi toplaşdıqları məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

33329 oxunub

InvestAZ