XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qurban Qurbanov: “Komandamızı təbrik edirəm”
İdman 13:23 / 18.07.2019


Futbolçularıma təşəkkür edirəm. Çox səbirli oynadılar, lazım olan məqamda hücum etməyi bacardılar. Maraqlı oyun izlədik.
Bu sözləri "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Albaniyanın "Partizani” komandasını 2:0 hesabı ilə məğlub etdikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra təşkil olunmuş mətbuat konfransında söyləyib.
O, rəqibin yaxşı müdafiə olunduğunu bildirərək deyib: "Rəqibimiz əks-hücumlarda da çox sürətli oynayırdılar. Çətin rəqib idi. Komandamızı təbrik edirəm. Oyunlar zamanı futbolçuların hazırlıq səviyyəsi bəzən fərqli olur. Yığmada olanlar və legionerlər bizə gec qoşuldular. Onlar oyundan-oyuna forma yığırlar. Bir az səbirli olmalıyıq. Yeni transferləri növbəti mərhələyə sifariş verəcəyik. Bədavi Hüseynovun isə zədəsi davam edir. Ola bilər, ilk oyunu buraxdıq. Limitə görə bəzi transferi edə bilmirik”.
"Qarabağ” II təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq. Baş məşqçi rəqibi daha yaxından tanıyandan sonra fikir bildirməyin düzgün olacağını söyləyib: "Uzaq səfərə çıxacağıq. Səfər yorğunluğu olacaq. Çalışacağıq ki, yaxşı hazırlaşaq”.
Qurban Qurbanov "Qarabağ”da debüt edən Ailton Silva barədə də danışıb: "O, yaxşı formasından bir az uzaqdır. Oyun praktikası azdır. Onu başqa futbolçu ilə müqayisə etmək istəmirəm. Daha da yaxşı olmalıdır”.

35787 oxunub

InvestAZ