XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz yarımfinalda
İdman 10:13 / 18.07.2019

Riqada FIDE-nin və "World Chess” şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir finalda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov uğurla çıxış edib.
Təmsilçimiz polşalı Kriştof Duda ilə klassik şahmatda hər iki partiyanı heç-heçə başa vurduqdan sonra rəqibi ilə tay-brekdə görüşüb və qarşılaşma şahmatçımızın qələbəsi ilə başa çatıb. Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, Qran-Prinin nəticələrinə görə ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.
Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.

33836 oxunub

InvestAZ