XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Asan olmadı
İdman 18:00 / 17.07.2019

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu yeni transfer Antuan Qrizmannla bağlı açıqlama verib.
Klub rəhbəri, fransalı futbolçunu transfer etməyin çətin olduğunu bildirib: "Qrizmannla müqavilə imzalamaq asan olmadı. Hazırda hər şeydən çox məmnunuq. Belə bir qərar üçün ona təşəkkür edirik. Biz onunla danışıqlara may ayından başladıq. Mart və ya aprel ayında heç bir danışığımız olmamışdı. "Atletiko"nun bəyanatına gəlincə, mən onlarla danışdım. Başa düşürəm ki, onlar öz maraqlarını qoruyurlar, amma bu vəziyyətin onlara müsbət təsir edəcəyinə inanmıram".
"Barselona" Qrizmannın transferini açıqladıqdan sonra "Atletiko" bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin bəndinə əsasən, iyulun 1-nə kimi onun təzminat qiymətinin 120 yox, 200 milyon avro olduğunu bildirib. "Barselona" 200 milyon ödəyərək, 28 yaşlı oyunçunu heyətə qatıb.

34901 oxunub

InvestAZ