XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



“Qarabağ” Bakıda Albaniya təmsilçisini qəbul edəcək
İdman 14:07 / 17.07.2019

Ağdamın "Qarabağ” futbol klubu iyulun 17-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxacaq.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena”da Albaniya çempionu "Partizani” klubunu qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq.
Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.
Oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.
Qeyd edək ki, "Qarabağ” komandası "Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində "Dundalk” (İrlandiya) - "Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın "Şerif” klubu ilə üz-üzə gələcəklər.

32918 oxunub

InvestAZ