XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Qrossmeysterimiz tay-brekdə mübarizə aparacaq
İdman 11:12 / 17.07.2019

Riqada FIDE-nin və "World Chess” şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir finalda mübarizə aparan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iyulun 17-də tay-brekdə mübarizə aparacaq.
Təmsilçimiz polşalı Kriştof Duda ilə klassik şahmatda hər iki partiyanı heç-heçə başa vurduğu üçün rəqibi ilə tay-brekdə yenidən üz-üzə gələcək.
Dörddəbir final çərçivəsində ilk partiyada Veselin Topalova (Bolqarıstan) qalib gələn Maksim Vaşe-Laqrav (Fransa) cavab oyununda rəqibi ilə xalları yarı böldüyündən yarımfinala vəsiqə qazanıb. Digər şahmatçılardan Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) Yu Yanqi (Çin) ilə tay-brekdə güclərini sınayacaqlar.
Qeyd edək ki, Qran-Prinin nəticələrinə görə ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə edəcək.

32363 oxunub

InvestAZ