XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



AIBA-nın prezidenti vəzifəsini birdəfəlik tərk edib
İdman 19:36 / 15.07.2019

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) rəhbəri Qafur Rəhimov prezident səlahiyyətlərindən birdəfəlik əl çəkib.
68 yaşlı özbəkistanlı funksioner qərarını qurumun rəsmi saytı vasitəsi ilə açıqlayıb.
Bu posta ötən il noyabrın 2-də seçilmiş Q.Rəhimov bu ilin martında prezident səlahiyyətlərini müvəqqəti olaraq təhvil verib. Lakin AİBA-nın Nizamnaməsinə əsasən, o, bir il müddətində vəzifəsinə geri dönə bilərdi. Qurumun İcraiyyə Komitəsi iyunun 27-də müvafiq bəndi sənəddən çıxarmaqla, özbəkistanlı funksioneri geri dönmək hüququndan məhrum edib. Nəhayət, bu gün Qafur Rəhimov postunu birdəfəlik tərk etdiyini bildirib.
Qeyd edək ki, Q.Rəhimovun AİBA-nın prezidenti seçilməsi Beynəlxalq Olimpiya Komitəsini qane etmirdi. Ona görə də boksun Yay Olimpiya Oyunlarının proqramından çıxarılması məsələsi gündəmdə idi.

33880 oxunub

InvestAZ