XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



Üzgüçülərimiz Çexiyada 17 medal qazandılar
İdman 13:21 / 14.04.2025

Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən 32-ci Qran-pri turnirində uğurlu çıxış ediblər. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, dünya çempionatına lisenziya xarakteri daşıyan yarışda təmsilçilərimiz ümumilikdə 17 (2 qızıl, 8 gümüş və 7 bürünc) medal qazanıblar.

Turnirdə fərdi nəticələrə görə Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, Süleyman İsmayılzadə isə 1 qızıl və 2 gümüş medal əldə edib. Əbdürrəhman Rüstəmov 2 gümüş və 1 bürünc, Fatimə Alkərəmova 2 gümüş və 1 bürünc, Oqtay Hüseynov isə 3 bürünc medalla çıxışını başa vurub. Səid Həmidov isə 2 bürünc medal qazanıb.

Qeyd edək ki, 5 ölkədən - Çexiya, Azərbaycan, Fransa, Polşa və Sloveniya olmaqla, yarışda ümumilikdə 350-yə yaxın idmançı mübarizə aparıb.


19047 oxunub

InvestAZ