XƏBƏR LENTİ
24 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



AMADA “Ədalətli idman həftəsi” çərçivəsində maarifləndirici tədbir keçirdi
İdman 14:06 / 14.04.2025

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Ədalətli idman həftəsi - 2025" çərçivəsində tədbir keçirib.

Bu barədə AMADA-nın mətbuat xidmətindən məlumat verilib. 

Azərbaycan İdman Akademiyasında (ASA) tələbələrin iştirakı ilə təşkil olunan tədbirin məqsədi gəncləri təmiz idman dəyərləri ilə tanış, ədalətli rəqabət və dürüstlük prinsiplərini təşviq etmək olub.

Tədbirin açılış mərasimində ASA-nın rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə çıxış edərək idmanda dürüstlüyün və qaydalara sadiqliyin vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, idmanda etik davranışların formalaşması yalnız qaydalarla deyil, eyni zamanda güclü maarifləndirmə ilə mümkündür.

Əvvəlcə iştirakçılar arasında interaktiv bilik yarışı keçirilib. Antidopinq qaydaları, təmiz idmanın əhəmiyyəti və idman dəyərləri ilə bağlı suallardan ibarət yarışda yüksək nəticə göstərənlərə hədiyyələr təqdim olunub.

Daha sonra iştirakçılar qrup şəklində təbliğat strategiyası hazırlamaq üçün fəaliyyətə cəlb olunublar. Hər qrup təmiz idmanın təbliği üçün yaradıcı strategiya mövzusunda ideyalarını formalaşdıraraq təqdim edib. Komanda işi, yaradıcılıq və təqdimat bacarığını birləşdirən bu fəaliyyətin sonunda iştirakçıların səsverməsi ilə ən uğurlu strategiyanın müəllifləri seçilərək mükafatlandırılıblar.

Tədbirin növbəti hissəsində iştirakçılar gələcəyin idmançılarına rəmzi motivasiyaedici məktub yazıblar. Yeni nəsil idmançılara ünvanlanmış məktublar təmiz idmanın mənəvi və etik dəyərlərini ifadə edib.

Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbir xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.


17332 oxunub

InvestAZ