XƏBƏR LENTİ
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Bakıda beynəlxalq futvolley nümayəndələrinin iştirakı ilə Assambleya işə başlayıb
İdman 12:43 / 12.04.2025
Bakıda Dünya Futvolley Federasiyasının (Footvolley Worldwide) ilk dəfə keçirilən Baş Assambleyasının açılış mərasimi olub. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Futnet və Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov çıxış edərək, bu idman növünün inkişafı və beynəlxalq səviyyədə tanınması üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Rusiya, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Qırğızıstan, Qazaxıstan və BƏƏ nümayəndələri də gələcək hədəflər və əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər. Tədbirdə qurumun illik fəaliyyəti, maliyyə hesabatı və Dubayda keçiriləcək Dünya Korporativ Oyunları ilə bağlı müzakirələr aparılıb.
Assambleya çərçivəsində yeni üzvlərin qəbulu və seçkilər də keçiriləcək. 
Qeyd edək ki, Assambleyanın hər 5 ildən bir keçirilməsi nəzərdə tutulur.


6429 oxunub

InvestAZ