XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Respublika Şahmat Olimpiadasında 18 şahmatçı maksimum xal toplayıb
İdman 15:02 / 15.07.2019


Qax Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında keçirilən Respublika Şahmat Olimpiadasında dördüncü tura yekun vurulub. A qrupunda dörd turdan maksimum xal yığan 11 şahmatçı liderlər qrupunda yer alıb. Əlavə göstəricilərə görə, Mirseyidəli Talıbzadə ilk pillədə qərarlaşıb. B qrupunda isə 7 şahmatçı bütün turları qələbə ilə başa vurub. Bu qrupda isə əlavə göstəricilər üzrə Xanım İsmayılova liderdir.
Turnirin baş hakimi, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur. Olimpiada İsveçrə sistemi üzrə 11 turdan ibarət olaraq FIDE qaydalarına əsasən keçirilir və şəxsi-komanda xarakteri daşıyır.
Respublikamızın 58 şəhər və rayonunu təmsil edən 551 şahmatçının mübarizə apardığı şahmat olimpiadası iyulun 21-dək davam edəcək.



33128 oxunub

InvestAZ