XƏBƏR LENTİ
24 Aprel 2026
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Ağır Atletika Federasiyasının hesabt iclası keçirilib
İdman 17:53 / 14.02.2019
AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının 2018-ci il üçün ümumi hesabat iclası keçirilib.
Tədbirdə qurumun rəhbər şəxsləri, məşqçilər, hakimlər və ağır atletika mütəxəssisləri iştirak ediblər.
İlk olaraq federasiyanın baş katibi Rizvan Rəsulov zala toplaşanları salamlayıb. O, iclasın federasiya tərəfindən 2018-ci ildə görülən işlərin hesabatına həsr edildiyini qeyd edib.
Sonra R.Rəsulov federasiyanın ötənilki fəaliyyəti ilə bağlı geniş hesabatla çıxış edib. Baş katib federasiyanın 2008-ci və 2012-ci il Olimpiya Oyunlarında çıxış edən atletlərdən götürülən nümunələrin yenidən analizi nəticəsində çıxan dopinq qərarına görə aldığı birillik cəza və bu cəza nəticəsində yaranan problemlərin həlli barədə danışıb. O, həmçinin ilboyu təşkil olunan daxili yarışlar, təlim-məşq toplanışları, mütəmadi keçirilən antidopinq seminarları və çoxsaylı yoxlamalar, paytaxt və regionlarda idman qurğularının inşası və bərpası, zallara ağır atletika avadanlıqlarının paylanılması və il ərzində beynəlxalq yarışlarda əldə olunan nəticələr barədə məlumat verib.
Hesabat dinlənildikdən sonra iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib.
Sonda hesabat səsə qoyulub və yekdilliklə qəbul olunub

32937 oxunub

InvestAZ