XƏBƏR LENTİ
01 Avqust 2025
31 İyul 2025
29 İyul 2025
27 İyul 2025
26 İyul 2025
25 İyul 2025
24 İyul 2025
22 İyul 2025
21 İyul 2025



Gimnaziadada iştirak edəcək boksçularımız müəyyənləşdi
İdman 12:21 / 03.04.2025

Aprelin 4-dən 14-dək Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları keçiriləcək.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, multi-idman yarışında Azərbaycan boksçuları da mübarizə aparacaq.
Kadetlərin böyük məşqçisi Vüqar Məmmədov və məşqçi Samir Məmmədov Zlatiborda keçiriləcək Oyunlarda Babək Abdullayev (40 kq), Kazım Baxışov (42 kq), Azad Məmmədli (44 kq), Məmməd Həsənli (46 kq), Amin Həsənov (48 kq), İsmayıl Aslanlı (50 kq), Yusif Əli (52 kq), Nəriman Əli (54 kq), Sabir Rüstəmov (57 kq), Sərxan Haqverdiyev (63 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (75 kq) və Yusif Ağakişiyevə (80 kq) şans verəcək.
Yarışda qızlardan ibarət millimizin baş məşqçisi İlkin Ağayevin rəhbərliyi altında isə Nəzrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (40 kq), Aişə Muradova (44 kq), Ayşən Miriyeva (46 kq), Nuray Qafarova (48 kq), Leyla Mahmudlu (51 kq), Kəmalə Həsənova (54 kq) və Xumar Cəfərli (70 kq) rinqə çıxacaqlar.
Qeyd edək ki, oyunlarda boksçuların mübarizəsinə aprelin 7-də start veriləcək və 6 gün sonra yekun vurulacaq. Komandamız Serbiyaya aprelin 4-də yollanacaq.


5225 oxunub

InvestAZ