XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Güləşçilərimiz Türkiyədə yarışacaqlar
İdman 17:11 / 11.07.2019


İyulun 11-dən 14-dək İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə turnir keçiriləcək.
47-ci dəfə keçiriləcək yarışda ölkəmizi sərbəst güləşçilərimiz təmsil edəcəklər. Reytinq xarakterli turnirdə baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Əli Rəhimzadə (65 kq), Murtuzəli Müslimov, Gitinoməhəmməd Hacıyev (hər ikisi 70 kq), Mahal Novruzov (74 kq), Abubakr Abakarov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şamil Zubairov (92 kq) və Aslanbek Alborov (97 kq) xalça üzərinə çıxacaqlar.
Ənənəvi yarışda ədalət təmsilçiləri qismində Olimpiya kateqoriyalı hakimlərimiz Hicran Şərifov və İntiqam Alıyev də yer alacaqlar.

35756 oxunub

InvestAZ