XƏBƏR LENTİ
07 Mart 2026
06 Mart 2026
05 Mart 2026
04 Mart 2026
03 Mart 2026



Millimiz qitə çempionatının II seçmə mərhələsində Bolqarıstana qalib gəlib
İdman 18:12 / 15.03.2025

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib. B Liqasının 2-ci qrupunda yer alan yığmamız Bolqarıstana qalib gəlib. Bayıl stadionunda təşkil olunan görüş millimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçilərimizin heyətində Xanım Əsədova (13, 74) və Ayşən Salamzadə (90+3) fərqləniblər. 

Qeyd edək ki, yığmamız ilk oyunda Lüksemburqa 0:5 hesabı ilə məğlub olub. 


13322 oxunub

InvestAZ