XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



ABŞ-ın qadın futbolçuları dördqat dünya çempionu adını qazandılar
İdman 13:46 / 08.07.2019


Fransanın ev sahibliyi etdiyi qadın futbolçular arasında dünya çempionatının finalında Hollandiya seçməsinə 2:0 hesabı ilə qalib gələn ABŞ yığması dördüncü dəfə dünya çempionu adına sahib olub.
Lion şəhərində oynanılan görüşdə hər iki qol matçın ikinci hissəsində vurulub. Qarşılaşmanın 61-ci dəqiqəsində Rapino (11 metrlik cərimə zərbəsi), 69-cu dəqiqəsində isə Lavelle fərqləniblər. Bununla da amerikalı qadın futbolçular ardıcıl ikinci, ümumilikdə isə dördüncü dəfə dünya çempionu tituluna sahib olublar. Dörd il əvvəl Kanadada keçirilmiş dünya çempionatının finalında ABŞ seçməsi Yaponiya yığmasını 5:2 hesabı ilə məğlub etmişdi.
Bu qələbə ilə ABŞ yığması ən çox dünya çempionu olan komanda titulunu daha da möhkəmləndirib. Qadın futbolçular arasında 1991-ci ildən keçirilən dünya çempionatlarında ABŞ-dan sonra kuboku ən çox qazanan komanda Almaniya millisidir. Almaniyalı qadın futbolçular iki dəfə çempion olublar. Norveç və Yaponiya seçmələri isə bir dəfə çempion adını qazanıblar.
Qeyd edək ki, Fransada keçirilən səkkizinci dünya çempionatında 24 komanda altı qrupda mübarizə aparıb. Üçüncü yer uğrunda görüşdə isə İsveç yığması İngiltərə millisinə 2:1 hesabı ilə qalib gəlib.

34358 oxunub

InvestAZ