XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Kot d ivuarlı hücumçu “Qəbələ”də
İdman 11:30 / 05.07.2019


2019-2020-ci illər mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” futbol komandası növbəti transferini gerçəkləşdirib.
"Qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.
İyirmi səkkiz yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb. Kristian futbol həyatına "Toumodi” klubunda başlayıb. O, 2007-ci ildə "Anderlext” Futbol Akademiyasına transfer olub və üç il gənclər komandasında top qovub. 2010-cu ildə "Anderlext”dən ayrılan forvard "Muanqtonq Yunayted”lə (Tailand) müqavilə bağlayıb. K.Kouakou burada keçirdiyi 53 oyunda 22 qol vurub. Uğurlu oyunu ilə fərqlənən Kristian Fransanın "Tours” klubuna transfer edilib. Həmin komandanın uğurları üçün üç mövsüm oynayan hücumçu 94 oyunda 26 dəfə fərqlənməyi bacarıb.
Sonra K.Kouakou Fransada "Kaen” və "Nimes Olimpik” kollektivlərinin formasını geyinib. Forvardın sonuncu komandası Çexiyanın "Karvina” klubu olub.
Xatırladaq ki, "Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatıb.

34279 oxunub

InvestAZ