XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib
İdman 16:19 / 04.07.2019

İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib.
Rəsmi açılış mərasimi "Napoli” futbol klubunun ev oyunlarını keçirdiyi "San Paolo” stadionunda təşkil olunub. Tədbirdə idmançılar, beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) nümayəndələri iştirak ediblər. Oyunların məşəlini "Napoli” komandasının futbolçusu Lorenzo İnsinye alovlandırıb.
Üç saata yaxın davam edən açılış mərasimində Azərbaycan komandasının bayraqdarı cüdoçu Murad Fətiyev olub.
İyulun 14-dək davam edəcək yarışlarda idmanın 18 növü üzrə 220 dəst medal uğrunda mübarizə aparılacaq. Universiadada ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma yarışlarında 22 idmançı təmsil edəcək.
Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı.

40603 oxunub

InvestAZ