XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Bakı şəhəri ilə Özbəkistanın Buxara vilayəti arasında gənclər və idman sahələrində əməkdaşlıq inkişaf etdirilir
İdman 17:51 / 03.07.2019

Özbəkistan Respublikasının Buxara vilayətinin Bədən Tərbiyəsi və İdman İdarəsinin rəisi Ulmas Raşidov ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində (BŞGİBİ) görüş keçirilib.
Baş İdarənin rəisi Raqif Abbasov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb. R.Abbasov Azərbaycanda sürətlə inkişaf edən bədən tərbiyəsi və idman sahəsində görülən işlər barədə məlumat verib, bu sahədəki uğurların əsasında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin durduğunu bildirib.
U.Raşidov Bakı şəhərinin və Buxara vilayətinin gənclər və idman idarələri arasında səmərəli dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyinə əminliyini diqqətə çatdırıb. O, Bakıda idman məktəbləri və qurğuları ilə tanış olduğunu vurğulayıb, ölkəmizdə idmanın inkişafı üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edib.

33136 oxunub

InvestAZ