XƏBƏR LENTİ
25 Yanvar 2026
23 Yanvar 2026
22 Yanvar 2026
21 Yanvar 2026
19 Yanvar 2026
18 Yanvar 2026
16 Yanvar 2026
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026



Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edib
İdman 15:37 / 23.01.2025

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandasının 7 idmançısı cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləş idman növü üzrə medal qazanıb. 

 

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, medallardan 2-si qızıl, 2-si gümüş, 3-ü isə bürünc olub. Parisdə uğurla çıxış edərək mükafat qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətini itirməsi ilə bağlı müraciət ediblər.

 

Milli Olimpiya Komitəsi həmin idmançıların müraciəti əsasında araşdırmalar aparıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (-73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.

 

Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (-100 kq) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib. 

 

Milli Olimpiya Komitəsi bu araşdırmaların nəticəsi olaraq Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunmasıyla bağlı növbəti addımlar atılacaq.


13561 oxunub

InvestAZ