XƏBƏR LENTİ
23 Aprel 2026
22 Aprel 2026
21 Aprel 2026
20 Aprel 2026
17 Aprel 2026
16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026



Amerika Kuboku: Finalçılar müəyyənləşdi
İdman 10:11 / 04.07.2019


İyulun 4-də Amerika kubokunun ikinci finalçısı müəyyənləşib. Braziliyada keçirilən turnirdə yarımfinal mərhələsində Peru və Çili yığmaları qarşılaşıb. Oyun 3:0 hesabı ilə Peru yığmasının qələbəsi ilə başa çatıb.
Oyunda hesabı 21-ci dəqiqədə Flores açıb. Matçda 2-ci qolu 38-ci dəqiqədə Yotum vurub. Perunun hücumçusu Gerreronun 90-cı dəqiqədə vurduğu qolla oyun başa çatıb.
Beləliklə, finala vəsiqə qazanan Peru yığması qızıl medal uğrunda görüşdə Braziliya ilə qarşılaşacaq.

33643 oxunub

InvestAZ