XƏBƏR LENTİ
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026
25 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026



BOK bürünc medalları öz sahiblərinə göndərir
İdman 16:09 / 10.01.2025

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Pekin-2022 Qış Olimpiya Oyunlarının bürünc medallarını Rusiya Olimpiya Komitəsinin (ROC) xətti ilə rusiyalı fiqurlu konkisürənlərə təqdim edəcək. BOK-un mətbuat xidmətindən TASS-a bildirilib ki, mükafatlar uyğun bir müddətdə öz sahiblərini tapacaq.

Həmin mükafatlar Kamilə Vəliyeva, Mark Kondratyuk, Anastasiya Mişina, Aleksandr Qalyamov, Viktoriya Sinitsina və Nikita Katsalapovdan ibarət yığma Komandaya çatacaq.

Rusiya fiqurlu konkisürənlər Pekin-2022-də komanda turnirinin qalibi olublar. İkinci yeri ABŞ, üçüncü yeri Yaponiya yığması qazanıb. Dördüncü yerdə kanadalılar qəralaşıblar. Lakin Kamilə Vəliyevanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiyası ilə əlaqədar Beynəlxalq Konkisürmə İttifaqı (ISU) Rusiya komandasının komanda turnirindəki nəticələrini ləğv edərək, birinci yerdən üçüncü yerə endirib.

Qeyd edək ki, ötən ilin avqust ayının 7-də Parisdə Pekin-2022 Qış Olimpiya Oyunlarında medal qazanan ABŞ və Yaponiyadan olan fiqurlu konkisürənlərin mükafatlandırılması mərasimi keçirilib. Rusiyalı fiqurlu konkisürənlər maddi-texniki problemlər və hazırda Rusiya Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılması səbəbindən mükafatlandırma mərasimində iştirak edə bilməyiblər.



17186 oxunub

InvestAZ